EN

Donnarumma PSJ-nin heyətinə qayıdır

PSJ-nin qapıçısı Canluici Donnarumma yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub.

 90deqiqe.Az xəbər verir ki, italyan qolkiper Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Arsenal" klubu ilə keçirəcəkləri oyun üçün komandanın heyətinə daxil edilib.

Xatırladaq ki, italyan milli çempionatın son iki oyununu, eləcə də Çempionlar Liqasının ilk turunun “Jirona” ilə oyununu (1:0) buraxıb. 

Əlavə edək ki, Çempionlar Liqasının oyunu sabah Londonda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Turnirin ilk oyununda Mikel Artetanın komandası səfərdə “Atalanta” ilə heç-heçə oynayıb (0:0).

Chosen
10
90deqiqe.az

1Sources