EN

Xaçmazın Ağçay kəndinə ilk dəfə təbii qaz verilib

Yazını böyüt
Yazını kiçilt

Xaçmaz rayonunun Ağçay kəndinə təbii qaz verilib.

72 abonenti olan kəndin qazlaşdırılması üçün daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri təbrik edib, xoş arzularını çatdırıb.

Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə o cümlədən Xaçmaz rayonunda nəzərdə tutulan sosial layihələr uğurla icra olunur. Qeyd edilib ki, hazırda daha 2 yaşayış məntəqəsi – Xudat şəhər 4-cü şöbə və Nağıoba kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Yaxın vaxtlarda hər 2 yaşayış məntəqəsinə də təbii qaz veriləcək.

 

Mərasimdə çıxış edən kənd sakinləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda rəmzi məşəl alovlandırılıb, şəhid Şahlar Ağayevin böyüyüb boya-başa çatdığı evə “mavi yanacağ”ın verilməsinə baxış keçirilib.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
 
 
Chosen
4
2
hafta.az

3Sources