EN

İşğaldan azad edilmiş ərazilərə indiyədək 2235 ailə köçürülüb

2024-cü il sentyabrın 30-dək işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin sayı açıqlanıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Operativ Media”nın sorğusuna cavab olaraq bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 2235 ailə, 8543 nəfər doğma yurdlarına köçürülüb.

Şəhər və kəndlər üzrə siyahıya uyğun olaraq Ağalı kəndi 175 ailə, (871), Talış kəndi 20 ailə (90), Füzuli şəhəri 823 ailə (3136), Laçın şəhəri 570 ailə (2090), Zabux kəndi 217 ailə (823), Şuşa şəhəri 210 ailə (785), Xocalı şəhəri 44 ailə (169), Sus kəndi 59 ailə (215), Cəbrayıl şəhəri 117(364) nəfər köçürülüb.

1Sources