EN

Polisi öldürən silahlı soyğunçular xalqın gözü qarşısında edam edilib

Polisi

İranda 2020-ci ildə bir polisi öldürən silahlı soyğunçular məhkəmə tərəfindən ölüm cəzası verildikdən sonra xalqın gözü qarşısında edam edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “Haberler.com” saytı məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, 2020-ci ilin dekabrında Mərkəzi əyalətin Xomeyn rayonunda silahlı soyğunçuluq törədəndən sonra onlara müdaxilə edən polis əməkdaşını öldürən iki nəfərə qarşı məhkəmənin ölüm hökmü icra edilib.

Qərar Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra iki məhbus haqqında verilən ölüm hökmü Xomeyndə xalqa açıq şəkildə icra edilib.

Röya İsrafilova

Chosen
8
xalqcebhesi.az

1Sources