EN

"Dinamo-Minsk" gələnə qədər “Sumqayıt” qaz problemini həll edəcək

Günlərdi müzakirə predmetinə çevrilən məsələlərdən biri də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qazın kəsilməsidi.

AFFA İntizam Komitəsi klubu artıq üç dəfə cərimələsə də, məsələ həllini tapmayıb. Stadionda qaz olmadığına görə isti su yoxdu ki, bu da futbolçulara böyük problem yaşadır. Qazın kəsilməsi isə borcla bağlıdı. Hazırda stadionun “Azəriqaz”a 100 min manatdan çox borcu var. Artıq bir neçə aydı davam edən çəkişmənin məsuliyyətini nə klub, nə də şəhər icra hakimiyyəti boynuna götürür. “Sumqayıt” arenanı icarəyə götürsə də, borcun daha əvvəldən mövcud olduğunu bildirir.

Maraqlısı budu ki, adı çəkilən stadion oktyabrın 3-də Konfrans Liqasının matçına evsahibliyi edəcək. “Dinamo-Minsk” Şotlandiya “Harts”ı ilə məhz burda qarşılaşacaq. Bəs “Sumqayıt” həmin oyuna qədər qaz problemini aradan qaldıra biləcəkmi? Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev "football-pılus.az"a açıqlamasında bu haqda danışdı:

“Təbii ki, "Dinamo-Minsk"in oyunu Sumqayıtda keçiriləcək və bu oyunda hər şey normal olacaq. Hansı şəkildə olacağını konkret açıqlaya bilmərəm. Amma fakt budu ki, beynəlxalq səviyyəli, Konfrans Liqasının qrup mərhələsi səviyyəsində oyun təşkil ediriksə, orda hansısa çatışmazlıqdan söhbət gedə bilməz. Hazırda tərəflər arasında danışıqlar davam edir. Bu məsələnin oyun gününə qədər yoluna qoyulacağı gözlənilir. İstənilən halda "Dinamo-Minsk"in oyununda problem olmayacaq”.

RÖYANƏ OĞUZ
Chosen
10
football-plus.az

1Sources