EN

Mədəkiçiltmə əməliyyatı zamanı hansı halda ölüm baş verə bilər?

Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs ölüb. Sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-i ölüb.
Mədəkiçiltmə əməliyyatı zamanı hansı halda ölüm baş verə bilər?
Mövzu ilə bağlı BiG.AZ-a danışan tibbi ekspert Rasif Bağırov bildirib ki, qarın boşluğunun açılması zamanı aparılan əməliyyatlardan 3 gün əvvəl qanın qatılaşmasının qarşısını alan dərmanlar vurulur. Bu dərmanlar əməliyyatdan sonra xəstələrdə tromba meylliliyin güclənməməsi üçündür. Bu dərman vurulmadıqda tromboemboliya yarana bilər:
“Adətən bu estetik əməliyyatlarından ölümləri mətbuatdan eşidirik. Amma yaxşı olar ki, aparılan estetik əməliyyatlar zamanı nə qədər insan həyatını itirdiyinə dair statistika aparılsın. həkimlərin izahına qulaq asanda görürük ki, bəzən normal, bəzən qeyri-normal cavab verirlər. Tibbin göstərdiyi qaydalara riayət edəndə xəstələrdə problem olmur. Riayət etməyəndə xəstələr ya həyatını itirir ya əlil olurlar. Mədəkiçiltmə əməliyatı kifayət qədər ciddi əməliyyatdır. Burada mədənin içərisinə yad cismin yerləşdirilməsindən tutmuş mədənin strukturunun dəyişdirilməsinə qədər proseslər aparılır. Adətən qarın boşluğunun açılması zamanı aparılan əməliyyatlardan 3 gün əvvəl qanın qatılaşmasının qarşısını alan dərmanlar vurulur ki, əməliyyatdan sonra xəstələrdə tromba meyllilik güclənməsin. Bir müddət sonra xəstənin həyatında ciddi fəsadlar yaranır. Bəzən həkim deyir ki, hər şeyi düz etmişik. Amma yoxlayanda görürük ki, qan durulaşdırıcı maddəni vurmurlar və 1-2 gün sonra tromboemboliya verib xəstəni öldürür. Yenə deyirlər ki, mən hər şeyi düz etmişdim, bir neçə gün sonra xəstənin nədən öldüyünü bilmirəm. Tromboemboliyadan ölüm xəstəxanada baş versə, yenə də ölümü xəstənin üstünə atırlar. Yada salmırlar ki, bu proseduru etsələr, tromboemboliya olmaq ehtimalı aradan qalxar. Bu istiqamətdə onlara sual verən də olmur. O həkimlər də özünü təmizə çıxarır. Xəstə xəstəxanaya girəndə tamam yoxlanılmalıdı, bir neçə gün xəstəxana nəzarətində olmalı, xəstəxanadan çıxarda yoxlanılmalıdır ki, hər hansı fəsad evdə yaranmasın. Hazırda ölüm hadisəsində kimin təqsirkar olduğunu bilmirik. Konkret səbəb bilinmədiyindən hüquq mühafizə orqanlarında araşdırılacaq”.

Chosen
19
arantv.az

1Sources