EN

İki sərhədçi naməlum silahlı şəxslərin atəşi nəticəsində həlak oldu - » AzadMedia.az



İranın Sistan və Bəlucistan əyalətinin Cekiqur sərhəd alayının Murtan sərhəd dəstəsinin iki sərhədçisi naməlum silahlı şəxslərin atəşi nəticəsində həlak olub.

Azadmedia.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan Sərhəd Mühafizəsinin komandanı Rza Şücai məlumat verib.

Belə ki, o bununla yanaşı ötən gecə əyalətin Zabul sərhəd alayının sərhədçilərindən birinin də silahlı hücum nəticəsində öldürüldüyünü bildirib.

Qeyd edək ki, silahlı hücumun məsuliyyətinin hələlik heç bir təşkilat öz üzərinə götürməyib.
Chosen
20
3
azadmedia.az

7Sources