EN

"Flydubai" oktyabrın 3-dək Beyruta uçuşları ləğv edir

“Flydubai” aşağı büdcəli aviaşirkəti İsraillə Livanın “Hizbullah” hərəkatı arasında münaqişənin kəskinləşməsi fonunda oktyabrın 3-dək Dubay-Beyrut marşrutu üzrə uçuşları ləğv edib.

"Operativ Media" xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

"Davam edən hadisələrlə əlaqədar olaraq, Dubay Hava Limanı (DXB) və Beyrut Hava Limanı (BEY) arasında "Flydubai" reysləri sentyabrın 24-dən oktyabrın 3-dək təxirə salınıb. Biz vəziyyəti yaxından izləməyə davam edirik və müvafiq olaraq uçuş cədvəlində dəyişikliklər edəcəyik", - məlumatda deyilir. 

 

1Sources