EN

“Sonuncu dəfə” mahnısın dinləyərək ÖLDÜ  – VİDEO

Gürcüstanda Tbilisinin mərkəzində rusiyalı turist gəzinti zamanı yıxılaraq ölüb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, mərhum rəfiqəsi ilə Gürcüstana gəlib.

Onlar  “Sonuncu dəfə” mahnısını oxuyublar və bir-birlərini video çəkiblər Səsyazma zamanı 24 yaşlı Arina büdrəyərək yeraltı keçidə düşüb.

Dəhşətli hadisənin videosu yayımlanıb. Qızlardan birinin telefonu ilə çəkilib.

Rəfiqəsi dərhal təcili yardım çağırıb. Zərərçəkmiş xəstəxanaya aparılıb, həkimlər ona kəllə sümüyünün sınığı diaqnozu qoyublar.

Arina ötən cümə günü vəfat edib.

O, yaradıcılıq agentliyində PR meneceri işləyib.

Chosen
8
medianews.az

1Sources