EN

Pezeşkiandan ittiham: ABŞ və Avropa ölkələrinin atəşkəs vədi yalandır

İran Prezidenti Məsud Pezeşkian dünən axşam keçirilən Nazirlər Şurasının iclasında çıxış edib.

Sherg.az xəbər verir ki, Pezeşkiyan İsrailin bölgədəki təcavüzü və onun qərbli havadarlarına toxunaraq deyib: Sionist rejimin cinayətləri qəbuledilməzdir və cavabsız qalmayacaq". 

Pezeşkian deyib: "İranın şəhid Haniyənin öldürülməsinə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri liderlərinin iddiaları tamamilə yalandır. Bu cür cinayətkarlara şans vermək əslində onları yeni əməllər törətməyə həvəsləndirməkdən başqa bir iş  deyil" deyib.

İran prezidentinin açıqlamaları ölkədə mübahisələrə səbəb olub. Gecə saatlarında İran Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşan bir qrup hakimiyyətdən bu bəyanatlara cavab tələb edilib.

İyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin paytaxt Tehranda öldürülməsindən sonra İran İsraildən qisas almağa qərar vermişdi. Bu arada Tehranın İsrailin Qəzzaya hücumlarını daimi olaraq dayandırması müqabilində hücum niyyətindən əl çəkəcəyi ilə bağlı iddialar səslənib.

Tehran administrasiyası "hücumla milli suverenliyini təhdid edən İsrailin cəzalandırılması üçün alınan qərar və Qəzzada atəşkəs səylərinin ayrı-ayrı mövzular olduğunu, lakin atəşkəs prosesinə zərər verməyəcəyinə ümid etdiklərini" bildirib. 
Chosen
2
3
sherg.az

6Sources