EN

Aİ xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili toplanır

Avropa İttifaqının xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün bazar ertəsi, sentyabrın 30-da videokonfrans vasitəsilə böhran danışıqları aparacaqlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bəyanatına istinadən məlumat yayıb.

Xəbər verildiyi kimi, nazirlər İsrailin Hizbullah lideri Həsən Nəsrullahı öldürməsindən sonrakı vəziyyəti və İsrailin Livana aviazərbələrini müzakirə edəcəklər.

Xatırladaq ki, sentyabrın 28-də İsrail ordusu Beyruta endirdiyi hava hücumu nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın sıradan çıxarıldığını rəsmən elan edib. Artıq sentyabrın 29-da məlum olub ki, ABŞ rəsmiləri İsrailə Livanda quru hərbi əməliyyat keçirməyi tövsiyə etməyib.

O da bildirilib ki, Amerika prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparmağı planlaşdırdığını, həmçinin Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq lazım olduğuna inanır.

Alpər

Chosen
1
qaynarinfo.az

1Sources