EN

"Hizbullah" İsrailin şimalında hərbi obyektə zərbələr endirib

Livanın “Hizbullah” hərəkatı yəhudi dövlətinin şimalındakı Naura kəndi yaxınlığında İsrail hərbi obyektinə raket zərbələri endirdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın Telegram kanalında məlumat yayılıb.

Zərbələrin “Fadi-2” raketləri ilə həyata keçirildiyi qeyd edilir. Hücumun Qəzza zolağında müqavimət göstərən Fələstin xalqına dəstək və İsrailin hərəkətlərinə cavab olaraq Livan və onun xalqını müdafiə etmək məqsədi ilə həyata keçirildiyi iddia edilir.

Chosen
28
ucnoqta.az

1Sources