EN

Pezeşkianın bu sözləri ölkəni qarışdırdı – Əhali ayağa qalxdı

İran prezidenti Məsud Pezeşkian ABŞ və Avropa liderlərinin onlara söz verdiyini açıqlaması mübahisələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Pezeşkian Nazirlər Şurasının iclasında çıxış edib.

Pezeşkiyan İsrailin bölgədəki təcavüzü və onun qərbli havadarlarına toxunaraq deyib ki, “Sionist rejimin cinayətləri qəbuledilməzdir və cavabsız qalmayacaq”.

“İranın Haniyənin öldürülməsinə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri liderlərinin iddiaları tamamilə yalandır. Belə cinayətkarlara şansın verilməsi onları daha çox cinayət törətməyə təşviq edəcək”, – Pezeşkian bildirib.

İran prezidentinin açıqlamaları ölkədə mübahisələrə səbəb olarkən, gecə saatlarında İran Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşan bir qrup hakimiyyətdən bu bəyanatlara cavab tələb edib.

Qeyd edək ki, iyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin paytaxt Tehranda öldürülməsindən sonra İran İsrailə qarşı cavab tədbirləri görməyə qərar vermişdi. Bu arada, İsrailin Qəzzaya hücumlarını daimi olaraq dayandırması müqabilində Tehranın hücum niyyətindən əl çəkəcəyi iddiaları irəli sürülüb.

Tehran administrasiyası isə “hücumla milli suverenliyini təhdid edən İsrailin cəzalandırılması üçün alınan qərar və Qəzzada atəşkəs səylərinin ayrı-ayrı mövzular olduğunu, lakin atəşkəs prosesinə zərər verməyəcəyinə ümid etdiklərini” bildirib.

İsmayıl Bakuvi

Chosen
9
1
yenicag.az

6Sources