EN

"Aztelekom" pozuntuya yol verib, məhkəmə cərimələdi

"Aztelekom" MMC məhkəməyə verilib və haqqında inzibati protokol tərtib edilib. 

Valyuta.az xəbər verir ki, "Aztelekom"un yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsini pozduğu bildirilir. Sözegedən maddəyə əsasən MMC geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl etməyib. İnzibati xəta ilə bağlı "Aztelekom" 3 min manatdan 4 min manata kimi cərimələnə bilər. 

Qeyd edək ki, inzibati xəta ilə bağlı iş Abşeron rayon məhkəməsində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə bu il oktyabrın 2-də davam etdiriləcək.

Pünhan

Chosen
8
valyuta.az

1Sources