EN

AYİB-in direktor müavini: Ümid edirəm ki, Gəncədən başladığımız layihəni genişləndirə biləcəyik

“Biz yaşıl dayanıqlı investisiyaları cəlb edirik. Bu şəhərlərə imkan verir ki, şəhərlər ölkənin göstərdiyi öhdəlikləri yerinə yetirə bilsin”.

APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər” panelində çıxışı zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) direktor müavini Lin O'Qreydi deyib.

O bildirib ki, yaşıl şəhərlər proqramının uğurunu təmin edən səbəb ilk əvvəl transformasiya investisiyasının başlanmasıdır: “Qlobal səviyyədə bu sahədə işləyən təşkilatlar çox olsa da, bunun maliyyəsini təmin etmirlər. Ona görə də bizim layihə çox uğurludur. 100 layihə həyata keçirilib. 60 şəhər hazırda AYİB-in əhatə etdiyi ölkələrin şəhərləridir. Proqram 8 il əvvəl başlayıb, təkamülə məruz qalıb. Əvvəl diqqət sadəcə yaşıl enerjiyə idi, indi isə həm də müqavimət qabiliyyətinin artırılmasıdır. İndi AYİB daha yaxından şəhərlərdə işləyir və digər bankları da prosesə cəlb edir”.

Lin O'Qreydi Azərbaycanı sevdiyini qeyd edib: “Şəhəriniz çox dəyişib. İlk 1 yaşlı şəhər layihəmiz var. Biz Gəncədən başlamışıq. Ümid edirəm bu layihəni genişləndirə biləcəyik. Biz hazırda su layihəsini başa çatdırmağa çalışırıq. Ümidvaram ki, COP çərçivəsində bura vəsait toplanacaq. Şəbəkənin Azərbaycanda artırılması bizi maraqlandıran məsələlərdən biridir”.

O həmçinin qeyd edib ki, submilli kreditlər var: “Burada çevik yanaşma çox mühüm məsələdir. Müxtəlif maliyyə alətləri ilə biz riskləri azalda bilirik. Bizim arxamızda böyük kapital durur. Beləliklə biz istər dövlət, istər özəl sektorları cəlb edərək ölkəyə investisya yatırmağa çağıra bilərik”.

Chosen
16
apa.az

1Sources