EN

Husilər ABŞ-nin 35 milyon dollarlıq daha bir PUA-sını vurdu

Yəməndəki husiləri Amerikanın daha bir "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) vurmağa müvəffəq olduqlarını bildiriblər.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Üsyançılar həmçinin Saada əyaləti üzərində "MQ-9 Reaper"ə bənzəyən cihazın qalıqları ilə bağlı video görüntülər yayıblar.

Ümumilikdə üsyançılar ABŞ-nin onlarla pilotsuz uçuş aparatlarını vurub və ya zədələyiblər.

"MQ-9 Reaper"in 35 milyon dollara başa gəldiyi təxmin edilir, döyüş və kəşfiyyat missiyalarında istifadə olunur. O, 15,2 min metr yüksəkliyə qalxmaq və 24 saata qədər havada qalmaq qabiliyyətinə malikdir. ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsi uzun müddətdir ki, "MQ-9 Reaper"dən Yəmən üzərində missiyalarda istifadə edirlər.

 

Sadiq Cavadov

Chosen
10
iqtisadiyyat.az

1Sources