EN

Milli Məclis Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılması barədə qərar layihəsini təsdiqləyib

Milli

Bakı, 30 sentyabr, AZƏRTAC

Milli Məclis Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması barədə qərar layihəsini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qərar layihəsi VII çağırış parlamentin payız sessiyası çərçivəsində sentyabrın 30-da keçirilən ilk iclasının gündəliyinə daxil edilib.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq yekdilliklə qəbul olunub.

Qeyd edək ki, komissiyanın sədri Ramid Novruzov seçilib.

 

Chosen
8
azertag.az

1Sources