EN

Məşhur və qalmaqallı iş adamı Azərbaycanda məhkəməyə verilib

İran əsilli tanınmış iş adamı Mənuçehr Əhədpur Xangah Əli Azərbaycanda məhkəmə verilib...

Poliqon xəbər verir ki, qalmaqallı iş adamına və ona aid olan “Az Varvara” MMC “Mingəçevir Balıq” ASC tərəfindən məhkəməyə verilib.

“Mingəçevir Balıq” ASC-nin Mənuçehr Əhədpura qarşı iddasına Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazova tərəfindən baxılacaq.

Xatırladaq ki, İran əslilli iş adamı Mənuçehr Əhədpur Azərbaycanın biznes alımində bir zamanlar çox tanınıb. Əhədpur bir zamanlar qeyri-qanuni Azərbaycan gömrüyündə xüsisi imtiyaza və nüfuza sahib olub və əsasən broker fəaliyyətlərini həyata keçirib. “Broker Əbülfəz” olaraq tanınan və sonradan həbs olunan Əbülfəz Məlikov Əhədpurun patronajlığı ilə Azərbaycan gömyüyündə əsas idarəedici qüvvəyə çevrilib.

Həmçinin Mənuçehr Əhədpur “Gilan Holdinq”in təsisçilərindən biri olub. Onun o zamanlar Gömrük Komitəsinin sədri olan Kəmaləddin Heydərovla yaxın münasibətləri Əhədpuru gömrükdə xüsusi imtiyaz sahibinə çevirib.

Əhədpur Dubayda və Türkiyədə böyük sərvətə sahib olan milyerder kimi tanınsa da, Forbes nəşrinin rəsmi milyarderlər siyahısında yer almır. Onun daha çox İranın sanksiyalardan yayınmasında fəal iştirak edən iş adamlarından biri olduğu güman edilir.

Poliqon.info

Chosen
29
poliqon.info

1Sources