“Qalatasaray”ın keçmiş vitse-prezidenti, "NEF İnşaat" şirkıtinin sahibi Erden Timur 2 gün əvvəl Nyu Yorkda saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Federal Təhqiqatlar Bürosu (FTB) TB tərəfindən rüşvətlə bağlı aparılan istintaq çərçivəsində dindirilib: "Erden Timur ona qarşı irəli sürülən ittihamları rədd edib. Daha sonra isə o, sərbəst buraxılıb".
İddiaların əsassız olduğunu deyən Timur bildirib ki, iş üçün ABŞ-da olarkən New York Bələdiyyə başçısı Erik Adamsa ianə edib-etməməsi barədə ondan sual ünvanlayıblar: "Bizim bunu edib etmədiyimizi soruşdular. Vəssalanm. Heç vaxt saxlanılmamışam".
Fərid Aslan
MİA.AZ