EN

Məşhur modelyer oteldə qorxulu anlar yaşadı! – “Təhlükə, şantaj, pul…”

Məşhur modelyer Gülşah Saraçoğlu uzun illərdir bir şəxs tərəfindən izlənildiyini bildirərək üsyan edib.

Medianews.az xəbər verir ki, həmin şəxsi sonuncu dəfə Kiprdə qaldığı oteldə görən Gülşah Saraçoğlu sosial şəbəkədə yaşadığı qorxulu anlardan danışıb.

“Mən bir ruhi xəstə ilə mübarizə aparıram. Qaldığım oteldə qarşıma çıxaraq məni təhdid etdi. Mən və mənim kimi bir çox insanları təqib edən bu şəxs saxta nömrələrdən mesajlar göndərir, hədə-qorxu gəlir, şantaj edir, pul istəyir.”,-deyə Gülşah Saraçoğlu bildirib.

Məşhur modelyer polisə zəng etmək üçün otel işçiləri ilə əlaqə saxladığını, lakin hadisənin ört-basdır edildiyini vurğulayıb. Bu açıqlamalardan sonra Saraçoğlu “Həyat Təhlükəsizliyim Yoxdur” deyərək şəkil paylaşıb.

Medianews.az

gülşah

saraçoğlu

SARAÇOĞLI

 

Chosen
7
medianews.az

1Sources