EN

İsrail bu həftə Livana quru əməliyyatına başlaya bilər - “The Wall Street Journal”

İsrailin xüsusi təyinatlı qüvvələri Livanın cənubunda məqsədyönlü reydlər həyata keçirir, kəşfiyyat məlumatları toplayır və mümkün quru müdaxiləsinə hazırlıq məqsədilə əməliyyatlar aparır. 

Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, bu həftə İsrail ordusunun Livana quru əməliyyatı başlaya bilər.

Bildirilir ki, bununla belə, quru əməliyyatlarının vaxtı böyük bir işğalın qarşısını almaq istəyən ABŞ-nin təzyiqi altında dəyişə bilər. 

Məlumata görə, İsrailin dəqiq planları qeyri-müəyyən olaraq qalır və Təl-Əvivin ərazidə nə qədər müddətə qalacağı bəlli deyil.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
13
missiya.az

1Sources