EN

Emin Hüseynov: Azad olunmuş ərazilərdə tikilən binalar yaşıl şəhərlərə əsaslanır

Ölkəmiz genişhəcmli prosesə başlayıb. 30 ilə yaxın işğalda olan ərazilərin bərpasına başlamışıq. Bu yalnız dağıdılmış ərazilər deyil”.

APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər” panelində çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə dayanıqlı gələcək yaratmağa çalışırlar: “Burada əsas meyarlardan biri yaşıl keçid və risklərin qiymətləndirilməsidir. İstər yeni bərpa olunan, istər transformasiya olan şəhərlərimizdə inklüzivlik olmalı, dayanıqlı gücü çox olmalıdır. Ağdam Qafqazın Xirosimasına çevrilib. Füzuli və Xocavənd də bu vəziyyətdədir. Bu şəhərlərin bərpası prosesi elə vəzifədir ki, orada gərək çox dəqiq planlaşdırma aparaq. Biz ağıllı şəhərlər tikirik. Yəni iqlim dəyişikliklərinə dözümlü şəhərlər tikirik. Azərbaycan bu istiqamətdə də inkişaf edib. Bizim layihələndirmə zamanı bərpaolunan enerjidən istifadə imkanları da nəzərə alınır. Yeni yaşayış binaları və ümumiyyətlə binalar yaşıl şəhərlərə əsaslanır. Bu Azərbaycanın karbon emissiyalarının azaldılması öhdəliyinə uyğun gəlir”.

Chosen
9
apa.az

1Sources