EN

Göz rəngini dəyişmək neçəyə başa gəlir? -  QİYMƏT

Göz Göz rəngini dəyişmək neçəyə başa gəlir? -

Dünyada tətbiqinə yeni başlanılan və dərhal Azərbaycanda populyarlaşan əməliyyatlardan biri də göz rəngnin əəliyyatla dəyişməsidir. Bəs bu əməliyyat neçəyədir?

E-saglam.az-ın əldə etdiyi məlumata görə, görmə üçün böyük risk daşıyan, göz piqmentinə tətbiq edilməklə aparılan bu əməliyyatın qiyməti Azərbaycanda 9000 manatdır.

Göz rəngini pasiyent özü seçir. Göy, mavi, boz, yaşıl, kəhrəba, bal, ala, firuzəyi, bənövşəyi kimi rəngləri seçmək olur. Rəng seçimindən asılı olaraq, əməliyyatın qiyməti 2000 manat artır. 40 dəqiqə sürən prosedur yerli keyitmə ilə ağrısız başa çatır.  Bu əməliyyatın geri dönüşü yoxdur. Əvvəlki göz rənginə qayıtmaq mümkün deyil. (Lent.az)

E-saglam.az 

Chosen
3
2
e-saglam.az

10Sources