EN

Gün gələcək, Aşıq Ələsgərin Göyçədə də abidəsi ucaldılacaq



Xatırlayırsınızsa, Mən 3 il əvvəl Cənab Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı ilə bağlı yazı ilə çıxış etmiş, öz fikir və təkliflərimi diqqətə çatdırmışdım. Aşıq Ələsgər şəxsiyyətinə, irsinə olan dərin etimadın nümunəsi kimi Bakıda Onun abidəsinin ucaldılacağına inandığımı bildirmişdim.

https://www.facebook.com/profile/100029300290151/search/?q=ad%C4%B1m%20%C9%99l%C9%99sg%C9%99rdir%20mahal%C4%B1m%20g%C3%B6y%C3%A7%C9%99

Cənab Prezident bu arzumuzu da gerçəkləşdirdi və artıq paytaxtımızın ən görkəmli yerlərindən birində Aşıq Ələsgərin ucaldımış Abidəsini qürur və fərxrlə seyr edəcəyik. Bu, diqqət və qayğıya görə, Dövlət başçısına dərin minnətdarlığımı bildirirəm.

Aşıq Ələsgər yaradıcılığına dövlətimiz həmişə yüksək qiymət vermiş, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada böyük sənətkarımızın 150 illik yubileyi qeyd olunmuşdur. Dahi sənətkarın Ağkilsədə büstü qoyulmuşdur. 1972-ci ildə Ustadın anadan olmasınınm 150 illiyi keçirilmiş, 1997-ci ildə Ulu öndərin sərəncamına əsasən, 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə, Göyçənin sənətkar oğluna verdiyi yüksək dəyərdir.

Bu zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib, Onun sərəncamı ilə 2011-ci ildə Ustad Aşığın 190 illik yubileyi, 2021-ci ildə isə 200 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuşdur. Cənab Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”i açılmışdır.

Dədə Ələsgər Azərbaycan Xalqı, bizim üçün çox əziz və dəyərli şəxsiyyətdir. Onun doğulub boya-başa çatdığı, yaşadığı, əvəzolunmaz sənət nümunələri yaratdığı və dəfn olunduğu Göyçə Mahalı, qədim yurd yerimiz olan Basarkeçərin Ağkilsə kəndi bizim üçün olduqca müqəddəsdir.

Ağkilsə, Göyçə Mahalı bütün Basarkeçər camaatının Səcdəgahıdır. Aşıq Ələsgərin oymaq-oymaq gəzdiyi, dolaşdığı bu torpaqların hər qarışında Sehr, müqəddəs və mübhəm doğmalıq, ANA Vətənə sevgi var. Bizim bir birimizin qanı, canı, ruhu bura bağlıdır. O torpaqlardakı Ələsgər ruhu bizi çağırır.

Mən inanıram ki, Qarabağa, Şərqi-Zəngəzura qayıtdığımız kimi, Ali Baş Komandanın müdrik siyasəti sayəsində Biz Göyçəlilər də Öz Vətənimizə, Basarkeçərə, Ağkilsəyə qayıdacağıq. Dədə Ələsgəri yalnız qoymayacağıq.

Faşist ermənilər Aşıq Ələsgərin Ağkilsədəki büstünü oğurlayıblar. Cənab Prezident Şnecə ki, “Güllələnmiş heykəllər”i Şuşaya geri qaytardı, əminik ki, Ələsgərin büstünü də öz tarixi yerinə qaytaracaq.

Biz inanırıq ki, Bakıda Aşıq Ələsgərin abidəsi ucaldıldığı kimi, Göyçədə də ucaldılacaq.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Chosen
18
newscenter.az

1Sources