Avropa İttifaqı (Aİ) tematik sanksiyalar rejimi tətbiq etmək qərarına gəlib.Missiya.Az "RBC-Ukrania"ya istinadən xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun jurnalisti Rikard Yozvyak X -də (Twitter) yazıb.
Rikard Yozvyakın sözlərinə görə, Aİ səfirləri oktyabrın 2-də Rusiyanın hibrid təhdidlərinə yönəlmiş yeni tematik sanksiyalar rejimi ilə bağlı razılığa gələcəklər.
"Gələn həftə rəsmiləşdiriləcək. Hələlik adlar yoxdur, lakin gələcəkdə əlavə olunacaq", - deyə jurnalist qeyd edib.
Zərintac MayisqızıMissiya.Az