EN

Daha bir neçə rayona bilet almaq asanlaşdı

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)xidmətlərininelektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsaltransformasiyanın təmin edilməsi istiqamətində daha bir neçə rayonabilet almağı asanlaşdırıb.

TrendAgentliyə istinadən məlumat verir ki, “Biletim.az” portalına əlavə olunmuş yeniməntəqələr əsasında artıq Bakıdan Şəmkirə, Beyləqana və Gədəbəyrayonunun Noviovanovka kəndinə yollanmaq istəyən sərnişinləravtobuslara bileti onlayn ala bilərlər.

Həmçinin, portala daha əvvəl mövcud olan Bakı–Kürdəmir,Bakı–Siyəzən və Bakı–İsmayıllı marşrutları üzrə də əlavə reyslərdaxil edilib. Bakı-İsmayıllı marşrutları üzrə Şamaxı şəhəri aralıqməntəqəsi kimi təyin olunub.

Beləliklə “biletim.az” portalında 45 şəhər və rayona 74istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemisərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı vəavtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sisteməqoşulan daşıyıcıların sayı 154, nəqliyyat vasitələrinin sayı isə321-dir.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təminedilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılmasıbaxımından bir sıra üstünlüklərə malikdir.

Məlumat üçün bildirək ki, bilet əldə etmək üçün sərnişinlər“biletim.az”saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlarüçün “Biletim” mobil tətbiqini “App Store”“GooglePlay”dən yükləmək mümkündür.

Məqalədə:
Chosen
17
8
az.trend.az

10Sources