EN

Siyavuş Novruzovdan ETİRAZ – “Hərə bir telefon alıb müəllimləri çəkir”

“Müəllimlərin hüquqlarının qorunması qanunvericilikdə öz əksini tapsa yaxşı olar”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk iclasında deyib.

O, müəllimlərin hər hansı hərəkətinə görə işdən çıxarılması, onlara töhmət verilməsinin əleyhinə olduğunu bildirib:

“Bu gün hərə bir telefon götürüb müəllimi çəkir. Bütün valideynlər, hamı müəllim hər hansı uşağa söz deyəndə onun üzərinə hücum edir, onu işdən çıxarır, müəllimə töhmət verilir. Onlar xalqın övladlarına dərs verir, onları yönəldirlər, ola bilər ki, hansısa yanlışlığa yol versinlər”.

Günay Şahmar, Bizim.Media

Chosen
28
bizim.media

1Sources