EN

“Gündoğana vaxt lazımdı” - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola kluba qayıdan İlkay Gündoğan haqda danışıb. Matc.az xəbər verir ki, İlkayla bağlı gözləntilərini bölüşən ispan çalışdırıcı Gündoğana vaxt lazım olduğunu bildirib.  “İlkay hazırda ən yaxşı formasından uzaqdı. Ona əsl formasını bərpa etmək üçün vaxt lazımdı. Mövsümöncəsi hazırlıq prosesini tam keçməyib, bu isə hazırkı formasında hiss olunur. Amma hər dəfə məşqlərdə xüsusi bir şey edir. İnanıram ki, tez bir zamanda əsl İlkayı görəcəyik”, - deyə Qvardiola vurğulayıb. Qeyd edək ki, ötən mövsümü “Barselona”da keçirmiş Gündoğan “Mançester Siti”nin heyətində cari mövsümdə 6 oyun keçirib.

Chosen
12
matc.az

1Sources