EN

Hüseynov oynamadı, komandası uduzdu

Azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” klubu Bolqarıstan çempionatında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, komanda 10-cu tur çərçivəsində “Levski”nin qonağı olub. Oyun Cəlalın komandasının 1:2 hesablı səfər məğlubiyyəti ilə nəticələnib. U-21 millimizin kapitanı bu görüşdə iştirak etməyib. Hüseynov sonadək ehtiyatda qalıb. Qeyd edək ki, aktivində 14 xal olan "Arda" turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Chosen
16
matc.az

1Sources