EN

Ən yaxşı sağ cinah oyunçularının siyahısı açıqlandı


İngiltərənin “FourFourTwo” portalı dünya futbolunun ən yaxşı sağ cinah oyunçularının reytinqini tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, reytinqə görə, “Liverpul”un futbolçusu Məhəmməd Salah birinci olub.
Bukayo Saka (“Arsenal”) ikinci, Rodriqo (“Real Madrid”) üçüncü yeri tutub.
İlk 10-luqda həmçinin Lamin Yamal (“Barselona”), Maykl Olise (“Bavariya”), Usman Dembele (PSJ), Leroy Sane (“Bavariya”), Lionel Messi (“İnter Mayami”), Xavi Simons (“Leypsiq”) və İnyaki Uilyams (“Atletik”) yer alıb.
Qeyd edək ki, Salah Premyer Liqanın cari mövsümündə 4 qol vurub və 4 məhsuldar ötürmə edib. O, cari mövsümdə İngiltərə çempionatında bombardirlər siyahısında beşinci yeri tutur. Erlin Holan isə 10 qolla birincidir.
Chosen
19
4
yeniavaz.com

6Sources