EN

"Hizbullah" Həsən Nəsrullahı əvəz edən şəxslə bağlı təkzib yayıb YENİLƏNİB

"Hizbullah" xüsusi bəyanat yayaraq Haşim Səfiuddinin hərəkata yeni baş katib təyin olunması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Xezerxeber.az xəbər verir ki, "Hizbullah" tərəfindən dərc edilən bəyanat Livan mətbuatında yayılıb.

"Həsən Nəsrullahın ölümündən sonra Haşim Səfiuddinin "Hizbullah"ın yeni baş katibi seçilməsinə dair kütləvi informasiya vasitələrində dərc olunan məlumatların heç bir əsası yoxdur. Nə qədər ki "Hizbullah" rəhbərliyinin rəsmi açıqlaması yayılmayıb, onlara etibar etmək olmaz", - deyə bəyanatda qeyd olunur.

09:05

Həşim Safiəddin əmisi oğlu Həsən Nəsrullahın ölümündən sonra “Hizbullah”ın yeni baş katibi seçilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bundan öncə Həşim Safiəddin hərəkatın icra şurasının rəhbəri vəzifəsində çalışıb.

Chosen
7
3
xezerxeber.az

6Sources