EN

Avropada iki ölkənin sərhədləri dəyişdi

Alp dağlarının zirvələrindən keçən İsveçrə və İtaliyanın sərhədləri buzlaqların əriməsi səbəbindən yenidən çəkilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkə Matterhorn sammitində müəyyən edilən sərhədin dəyişdirilməsi ilə bağlı razılığa gəlib.
 
Əriyən buzlaqlar iki qonşu ölkəni bu qərarı verməyə məcbur edib və xəritə yenidən tərtib edilib.

Qlobal iqlim dəyişikliyi səbəbindən Avropada buzlaqlar sürətlə əriyir. Guardian qəzetində yer alan xəbərə görə, İsveçrə hökuməti ölkə sərhədinin əhəmiyyətli hissəsinin buzlaqlar tərəfindən müəyyən edildiyini və ərimə səbəbiylə belə bir dəyişikliyin edildiyini bildirir.

Bloomberg-in xəbərinə görə, bu dəyişiklik Zermattdakı xizək kurortuna da təsir edəcək.

Bildirilir ki, dəyişikliklər 2023-cü ilin may ayı üçün komissiya tərəfindən qəbul edilib və ötən cümə günü rəsmən təsdiqlənib. Qərarın İtaliyanın imzası üçün qaldığı bildirilib.
 
Oksana
Chosen
5
2
azxeber.com

4Sources