EN

Milli Məclisin sədri: Ölkənin milli prioritetlərinin yerinə yetirilməsində möhkəm əsaslar yaratmalıyıq

Bakı, 30 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin sentyabrın 23-də Milli Məclisin birinci iclasında proqram xarakterli nitqində Azərbaycanın strateji hədəfləri və milli prioritetləri müəyyənləşdirildi.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova VII çağırış Azərbaycan parlamentinin payız sessiyasının ilk iclasında deyib.

O qeyd edib ki, dünyada baş verən mürəkkəb hadisələr fonunda hamımız eləcə də, Milli Məclis üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidir.

Sahibə Qafarovanın sözlərinə görə, görülən işlərin uğuru, qazandığımız nailiyyətlər kollektiv əməyin məhsuludur və Milli Məclis də ölkənin strateji hədəflərinin, milli prioritetlərinin yerinə yetirilməsi istiqamətində möhkəm əsaslar yaratmalıdır.

“2024-cü ilin prezident və parlament seçkilərinin müstəqil ölkəmizin tarixində ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilməsi tarixi hadisədir və qarşıya yeni çağırışlar qoyur”, - deyə Milli Məclisin sədri vurğulayıb.

Chosen
3
azertag.az

1Sources