EN

"Hizbullah" Həsən Nəsrullahı əvəz edən şəxslə bağlı təkzib yayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hizbullah" xüsusi bəyanat yayaraq Haşim Səfiuddinin hərəkata yeni baş katib təyin olunması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, "Hizbullah" tərəfindən dərc edilən bəyanat Livan mətbuatında yayılıb.
"Həsən Nəsrullahın ölümündən sonra Haşim Səfiuddinin "Hizbullah"ın yeni baş katibi seçilməsinə dair kütləvi informasiya vasitələrində dərc olunan məlumatların heç bir əsası yoxdur. Nə qədər ki "Hizbullah" rəhbərliyinin rəsmi açıqlaması yayılmayıb, onlara etibar etmək olmaz", - deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, ötən gün dünyanın aparıcı informasiya agentlikləri "Hizbullah"ın əsas idarəetmə orqanı olan Şura İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində işləmiş Haşim Səfiuddinin hərəkatın yeni baş katibi seçilməsinə dair xəbər dərc edib.
Chosen
7
2
oxu.az

6Sources