EN

Tramp: Kamala əqli cəhətdən qüsurludur

Tramp: Kamala əqli cəhətdən qüsurludur

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisin əqli cəhətdən qüsurlu olması ilə bağlı açıqlamalarını təkrarlayıb."CNN"in məlumatına görə, Tramp seçki kampaniyası zamanı bir çox respublikaçıların bu cür bəyanatlardan çəkinməsi ilə bağlı tənqidlərinə baxmayaraq, rəqibi Harrisə qarşı aşağılayıcı bəyanatlar verməkdə davam edir.Prezidentliyə namizəd Tramp dünən Pensilvaniya ştatında keçirilən seçki mitinqindəki çıxışında, "Co Bayden əqli cəhətdən qüsurlu oldu. Kədərlidir, amma düzünü desəm, Kamala Harrisin də belə doğulduğuna inanıram" deyib.Keçmiş prezidentin tərəfdarları Trampın rəqibinə qarşı açıqlamalarından narahatdırlar.Trampın aparıcı müttəfiqlərindən olan respublikaçı senator Lindsey Qraham "CNN" proqramında Harrisin əqli qüsurlu olduğunu düşünmədiyini, onun çılğın liberal olduğunu söyləyib.Qraham Trampı bu cür bəyanatlar əvəzinə iqtisadiyyat, sərhəd problemi, inflyasiya və xarici siyasət məsələlərinə diqqət yetirməyə çağırıb.Qeyd edək ki, bundan öncə də Tramp sentyabrın 28-də Viskonsin ştatında etdiyi çıxışda “Kamala əqli cəhətdən qüsurludur” ifadəsini işlədib.Mənbə: AA

Chosen
16
2
afn.az

9Sources