EN

Əliyar Ağayev “Şturm” - “Brügge” oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əliyar Ağayev ÇL-in Liqa mərhələsinin 2-cu turu çərçivəsində keçiriləcək “Şturm Qraz” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaqlar.

Qeyd edək ki, oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Chosen
2
49
arena.az

10Sources