EN

Misli Premyer Liqasında yeni məhsuldarlıq rekordu

Misli Premyer Liqasında mövsümün yeni məhsuldarlıq rekordu qeydə alınıb.

Adalet.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, VIII turun oyunlarında 19 qol vurulub. Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Bir həftə əvvəl keçirilmiş görüşlərdə 17 top vurulmuşdu.

“Qarabağ” – “Sabah” (3:2) və “Araz-Naxçıvan” – “Səbail”(3:2) oyunlarının hərəsində 5, “Şamaxı” – “Turan Tovuz” (2:2) qarşılaşmasında 4, “Zirə” – “Kəpəz” (3:0) matçında 3 qol qeydə alınıb. Ən az top “Neftçi” – “Sumqayıt” (1:1) görüşünə təsadüf edib – 2 qol.

Qeyd edək ki, orta məhsuldarlığın 3,80-ə bərabər olması son üç mövsüm üçün rekordun təkrarıdır. Ötən mövsümün X və XVI turlarında da 19 qol vurulub. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021/2022 mövsümünün X turunda təsadüf edilib. Həmin vaxt 4 oyunda məhsuldarlıq 4,25-ə bərabər olub – 17 qol.

Chosen
8
26
adalet.az

10Sources