EN

Azərbaycan Premyer Liqasında mövsümün rekordu

Azərbaycan Premyer Liqasında mövsümün yeni məhsuldarlıq rekordu qeydə alınıb.

Publika.az PFL-in saytına istinadən xəbər verir ki, 8-ci turun oyunlarında 19 qol vurulub.

Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Bir həftə əvvəl keçirilən görüşlərdə 17 qol vurulmuşdu.

“Qarabağ” – “Sabah” (3:2) və “Araz-Naxçıvan” – “Səbail”(3:2) oyunlarının hərəsində 5, “Şamaxı” – “Turan Tovuz” (2:2) qarşılaşmasında 4, “Zirə” – “Kəpəz” (3:0) matçında 3 qol qeydə alınıb. Ən az top “Neftçi” – “Sumqayıt” (1:1) görüşünə təsadüf edib – 2 qol.

Chosen
9
26
publika.az

10Sources