EN

İsrailin hücumu zamanı Livanda bir gündə 120-dən çox şəxs ölüb

İsrail Hərbi Hava Qüvvələrinin Livanın müxtəlif bölgələrində həyata keçirdiyi əməliyyat nəticəsində bir gündə 120-dən çox şəxs ölüb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində 123 nəfər ölüb, 359-u isə yaralanıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah” təşkilatına qarşı əməliyyat həyata keçirib. Hava hücumu zamanı "Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah da zərərsizləşdirilib.
 
 
 

Chosen
6
4
7news.az

5Sources