“İranın Yaxın Şərqdə geosiyasi zərbələr alması onun Cənubi Qafqazdakı qırmızı xətlərini də aşındırır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi təhlilçi Aqşin Kərimov deyib. O, bildirib ki, İsrailin ard-arda İranı çətin vəziyyətə qoyması Tehranın Cənubi Qafqazdakı Zəngəzur dəhlizinə nisbətdə istifadə etdiyi qırmızı xətlər ifadəsini redaktə etməsinə gətirib çıxara bilər: “İran icbari tələb kimi Azərbaycanla əməkdaşlıq kanallarını genişlədərək dəhliz məsələsində güzəşt siyasətini nümayiş etdirə bilər.
İranın Yaxın Şərq arenasında düçar olduğu problemlər onun Cənubi Qafqazda geosiyasi mövqelərinə mənfi təsir edəcək”.