EN

Zelenski: ABŞ-a səfər Ukraynaya ikitərəfli dəstəyin saxlanmasına kömək etdi...

Vladimir Zelenski bildirib ki, Kiyev Ukraynaya ikitərəfli dəstəyi qoruyub saxlaya bildiyi üçün ABŞ-a son səfəri uğurlu olub...

Poliqon xəbər verir ki, Zelenski bu barədə Fox News telekanalına bildirib.

Səfərin ən böyük uğuru barədə suala Zelenski deyib ki, Kiyev Ukraynaya ikitərəfli dəstəyi davam etdirməyi bacarıb.

Ukrayna prezidenti Co Bayden, vitse-prezident Kamala Harris və keçmiş dövlət başçısı Donald Trampla görüşləri ilə bağlı suala cavab olaraq uzaqmənzilli silahlardan istifadəyə icazə alıb-almadığını dəqiqləşdirməyib. Bununla belə, o, ABŞ-dan müvafiq icazənin alınmasının vacibliyini vurğulayıb və Vaşinqtonun bu məsələdə digər ölkələrin siyasətinə təsirini qeyd edib.

Qeyd edək ki, Vladimir Zelenskinin Pensilvaniyadakı silah fabrikinə səfəri ABŞ-da siyasi qalmaqala səbəb olmuşdu. Respublikaçılar Partiyasının nümayəndələri Zelenskini demokratları dəstəkləməkdə günahlandırdılar və onun zavoda səfərinin demokrat namizəd Kamala Harrisin seçki kampaniyasının bir hissəsi olduğunu bildiriblər.

Buna baxmayaraq, Zelenskinin Trampla görüşü baş tutdu və görüşdən sonra Zelenski Trampın Umkraynaya dəstək verəcəyini bildirdi.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources