EN

Həftəsonu 40 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 28-də və 29-da ümumi çəkisi 39,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,9 kiloqramdan artıq heroin, 31,6 kiloqrama yaxın marixuana, 4,5 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 362 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Chosen
3
12
operativmedia.az

10Sources