EN

“Qərb bizə atəşkəs vəd etdi, yalançı çıxdı” –İran prezidenti Qərbi onları aldatmaqda ittiham edib

İran prezidenti Məsud Pezeşkian Qərbi onları aldatmaqda ittiham edib.

Azpost.info bildirir ki, bu barədə İran prezident Nazirlər Kabinetinin iclasında deyib.

Pezeşkian deyib ki, Qərb HƏMAS lideri Haniyənin öldürülməsinə reaksiya verməməsi müqabilində atəşkəs vəd edib.

“İranın Haniyənin qətlinə reaksiya verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri başçılarının açıqlamaları yalan oldu. Bu da cinayətkarın daha çox cinayət törətməsinə imkan yaradıb”-deyə Pezeşkian vurğulayıb.

İran prezidenti İsrailin cinayətlərinin cavabsız qalmayacağına söz verib.

“İsrailin cinayətləri cavabsız qalmayacaq. Həsən Nəsrullahı öldürməklə İsrail heç bir beynəlxalq normalara əməl etmədiyini bir daha nümayiş etdirdi”.

Chosen
9
azpost.info

1Sources