EN

Mişustin İrəvana gedəcək

Rusiyanın baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərə gedəcək.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, o, Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Bundan əlavə, Aİİ ölkələrinin baş nazirlərinin 2030-cu ilə qədər Aİİ çərçivəsində sənaye əməkdaşlığı sahələrini nəzərdən keçirəcəkləri gözlənilir. vakansiya

Payız iclasları ənənəvi olaraq Ermənistanda keçirilir və Mişustin 2020-ci ildə baş nazir təyin olunduqdan sonra hər il iclaslarda iştirak edir. Şuranın sonuncu iclası iyun ayında Nesvijdə (Belarus) keçirilib.


Telegram kanalımız
Chosen
1
4
yenisabah.az

5Sources