Bakıda bıçaqlanma hadisəsi baş verib
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib.
Reyting.az DİN-nin Mətbuat Xidmətinin məlumatına görə, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.