EN

Rusiyanın baş naziri bu gün İranda olacaq

Rusiya Federasiyasının baş naziri Mixail Mişustin bu gün Tehrana səfər edəcək.

Modern.az xəbər verir ki, Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Mişustin İran rəhbərliyi ilə danışıqlar aparacaq.

Mixail Mişustin İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian və birinci vitse-prezidenti Məhəmməd Rza Aref ilə danışıqlar aparacaq.

Danışıqlar zamanı Rusiya-İran əməkdaşlığının ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə bütün sektorunun müzakirəsi planlaşdırılır.

Nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.

Chosen
10
2
modern.az

10Sources