EN

Bakıda dava düşüb, bıçaqlananlar var - YENİLƏNİB

DİN Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

***

01.19

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.

Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.

Dava zamanı yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Chosen
11
20
apa.az

10Sources