EN

Ölkənin gələcək müqəddəratını müəyyən edən seçkilər - İsrafil Kərimovun yazısı

1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərindəAzərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu ÖndərHeydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisəolan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedənyolun ilk pilləsi oldu. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır.Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalqqarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgünnəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanxalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilikanlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçünistifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və butəhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavatiqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lidermütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan RespublikasınınPrezidenti seçildi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqasədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib,ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətinəyani nümunəsini yaratdı. Bu həm də xilaskarlıq missiyası idi.Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpasıistiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələrzərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ənmühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsitəhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyününbərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısınınalınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğuistiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Onun prezidentseçilməsi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq,dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın,qanunvericiliyin formalaşması üçün geniş imkanlar yarandı. Müstəqillikillərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbuledildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qloballayihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlifsahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq vəəməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərininuğurlarıdır.Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalardamöhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşmasıməsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. Bunun üçün ilknövbədə ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlərzəmini formalaşdırılmalı, beynəlxalq təcrübə öyrənilməli, Qeyri HökumətTəşkilatları yaranmalı və bir sıra digər mühüm mərhələlər keçilməli idi. UluÖndər Heydər Əliyevin bu sahədə atdığı addımlar tezliklə öz konkretnəticələrini göstərməyə başladı.Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdırvə onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Qərbəinteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda beləyenilməz siyasi iradə nümayiş etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətlimövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Məhz HeydərƏliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi”Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi”sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqaviləninimzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiyskneft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarınaçıxarılmışdırUlu Öndər bölgədə və dünyada baş verən hadisələrə praqmatikyanaşırdı, tarixi şəraitdən düzgün qiymətləndirərək ölkənin taleyi üçünuğurlu qərarlar qəbul edirdi. Bunun özü isə xüsusi məharət, istedad, biliktələb edirdi. Dövrün ən tanınmış siyasətçiləri, prezidentləri, diplomatları,alimləri onu “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı”adlandırırdılar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanonun fəaliyyətini belə qiymətləndirirdi: “Mərhum Heydər ƏliyevAzərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminəgöstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yertutmuşdur”.Bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Liderinbu gün ruhu şaddır. Çünki, bu gün onun arzuladığı Azərbaycan var!Toröaqlarımız işğaldan azad olunub, iqtisadi və siyasi gücü artır, hüquqi vəsiyasi islahatlar ölkənin daha da yekdil olmasına imkan yaradır. Və bu ölkədaha da inkişaf edəcək, nüfuzu daha da artacaqdır. Bizim hər birimiz fəxredir və qürur duyuruq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləriarasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı, HeydərƏliyev Fondunun prezidenti, respublikanın Birinci vitse-prezidenti Mehribanxanım Əliyeva, ulu öndər Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davametdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.Xalqımızın sonsuz məhəbbətini qazanmış Ümummilli Lider Heydər ƏliyevAzərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimiəbədi yaşayacaqdır.İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvüDia-az.Media

Chosen
14
5
dia-az.info

6Sources