EN

Daha bir NATO ölkəsi Rusiya ilə sərhəddə hasar çəkir

Norveç Finlandiyadan nümunə götürərək, Rusiya ilə 198 kilometrlik sərhədinin bir hissəsi və ya hamısı boyunca hasar çəkməyi planlaşdırır.

Bu fikirlər "İndependent"də dərc olunan məqalədəndir. Nəşrin məlumatına görə, yayılan xəbəri ölkənin ədliyyə naziri Emili Enger Mehl təsdiqləyib.

O qeyd edib ki, sərhəd hasarı  “olduqca maraqlı olacaq". Çünki, o, təkcə çəkindirici rol oynamayacaq: “Burada insanların sərhədə yaxınlaşmasını müəyyən edə bilən sensorlar və xüsusi texnologiya da olacaq”.

Xatırladaq ki, Finlandiya Rusiya ilə sərhəddə hasar inşa edib. Bu, 200 kilometr Finlandiya-Rusiya sərhədinin ümumi uzunluğunun təqribən 15 faizini təşkil edir. Finlandiya hökumətinin məlumatına görə, ümumilikdə hasarın inşası 3-4 il və yüz milyonlarla avro vəsait tələb edəcək. Hazırlıq işləri 2023-cü ilin payızında başlayıb. Finlandiya rəhbərliyi Ukraynada münaqişə başladıqdan sonra Rusiya ilə sərhəddə hasarın inşası məsələsini müzakirə etməyə başlayıb.

Tural

Chosen
23
news365.az

1Sources