EN

Xalid Samakanın rəhbərlik etdiyi zavod yazılan protokola baxılacaq tarix açıqlandı

"Holcim (Azərbaycan)" ASC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Qaradağ Rayon Məhkəməsinin hakimi Şəfa Dadaşovanın sədrliyi ilə oktyabrın 2-də baxılacaq.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: ASC-nin baş direktoru Xalid Samakadır.

 

Xəyal Quliyev

Tarix: 30 Sentyabr 2024, 08:10   
Chosen
10
1
pravda.az

2Sources